Rusiyanın Başqırdıstan bölgəsindəki Ufa Beynəlxalq Hava Limanında yerli "Neolabs" şirkətinin hazırladığı AIST qeydiyyatdan sisteminin tətbiqinə başlanılıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni sistem sərnişinlərin məlumatlarının işlənməsini 15-30 % sürətləndirəcək.
Artıq Ufadan uçuşlar həyata keçirən 13 yerli və xarici aviaşirkət AIST-ə inteqrasiya edilib. Onların arasında “Aeroflot”, “S7 Airlines”, “Utair”, “FlyDubai”, “Türk Hava Yolları”, “Azərbaycan Hava Yolları” və s. var. Yeni sistemlə hər gün təxminən 3 min sərnişininin qeydiyyatı aparılır.