Bu ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 7 074,3 min ton, yük dövriyyəsi isə 1 654,4 milyon ton-km olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,6 % və 5,8 % çoxdur.
Yüklərin 3974,3 min tonu və ya 56,2 %-i avtomobil nəqliyyatı, 2288,2 min tonu və ya 32,3 %-i dəmir yolu nəqliyyatı, 811,8 min tonu və ya 11,5 %-i dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 23,3 %-ni və yaxud 1 649,1 min tonunu tranzit yüklər təşkil edib.