2021-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 36 402,4 min ton, yük dövriyyəsi isə 8 675,7 milyon ton-km olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4 % və 2,6 % çoxdur.
11 ay ərzində yüklərin 20 129,7 min tonu və ya 55,3 %-i avtomobil nəqliyyatı, 12 166,2 min tonu və ya 33,4 %-i dəmir yolu nəqliyyatı, 4 106,5 min tonu və ya 11,3 %-i dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 21,9 %-i və ya 7 962,4 min tonunu tranzit yüklər təşkil edib.