"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edilib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, Məzahir Piriyevdir.

O, şirkətin rəhbərliyində Sirac Səfərovu əvəz edib.

Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 50 manatdır.

Xəbər lenti