Lənkəran Dövlət Universiteti Lənkəran şəhəri 170 A ünvanında yerləşən 1 saylı tədris binasının həyətində Baytarlıq klinikasını inşa edəcək.
"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Klinikanın tikintisinə 1 milyon 957 min 340,32 manat sərf olunacaq.
Tikinti işlərini "AS-TƏMİR TİKİNTİ" MMC aparacaq. O, Lənkəran Dövlət Universitetinin elan etdiyi tenderin qalibi olub.
Qeyd edək ki, müqavilə predmeti olan işlərin xərci ehtimal olunan qiymətdən 430 min manat və ya 18 % azdır.