FHN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq olunub.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov qəbul edib.

Azərbaycan Prezidentinin 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.2-ci bəndinə əsasən Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53