İşğaldan azad olunmuş Qubadlı rayonunda yerləşən "Eyvazlı" gömrük postunun yenidən fəaliyyət göstərməsi ölkələrarası ticari münasibətlərdən asılıdır.
Bunu "Report"un sualına cavab olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.
O bildirib ki, "Eyvazlı" gömrük postunda hazırda heç bir hərəkətlilik yoxdur: "Gələcəkdə Azərbaycanda yerləşən bütün gömrük-keçid məntəqələrinin imkanlarının artırılması istiqamətində dövlət siyasəti əsasında iş aparacağıq".