Azərbaycanda bu ilin yanvar-mart aylarında qatarla 325 min tona yaxın qida sənayesi məhsulları daşınıb.
"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.
Bu ilin martında isə qatarla 157 min tona yaxın qida sənayesi məhsulları daşınıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 51 %-lik artım deməkdir.
Qeyd edilib ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21 % (139,7 min ton), mart ayında isə 64 % (67,3 min ton) artıb.