Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində ümumi inşaat işlərinin 89 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirib ki, bu ilin 11 ayında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,4 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 6,5 %-ini əsaslı təmir, 5,7 %-ini cari təmir, 20,4 %-ini isə sair tikinti işləri təşkil edib.
.