"Bakı Metropoliteni" QSC-nin "Bənövşəyi" xəttində hərəkət edən 5 vaqonlu qatarlar tədricən 7 vaqonlu qatarlarla əvəz olunacaq.
"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov bildirib.
"Xocahəsən" stansiyasından başlayan bu xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə turulub. Sərnişinlərin tələbatını ödədiyi üçün hələ ki, orada 5 vaqonlu qatarlar hərəkət edir, amma tədricən vaqon sayı artırılacaq", - deyə o, qeyd edib.