"Bakı Metropoliteni" QSC-də saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Bildirilib ki, yenilənmiş intervallar bunlardır: "Əhmədli–28 May" - 2 dəqiqə 8 saniyə, "28 May–Dərnəgül" - 4 dəqiqə 15 saniyə, "28 May–İçərişəhər" - 4 dəqiqə 15 saniyə.
"Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir", - məlumatda qeyd olunub.