Bakı aeroportu Yeni il ab-havası bəxş edir

Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətə yollanan sərnişinlər üçün bayram əhval-ruhiyyəsi yaradıb.

"Report" xəbər verir ki, hava limanının vağzalyanı meydanında, 5 ulduzlu Skytrax stendinin yanında sərnişinlər işıqlarla bəzədilmiş bir neçə qeyri-adi konus formalı küknar ağacı fiqurları görə bilərlər.

Bakı hava limanındakı bayram bəzəyi, həmçinin terminallarda yerləşən bir neçə küknar ağacları və bəzədilmiş qeydiyyat masaları ilə tamamlanır.

Digər xəbərlər