“Azərsu”: "Gəncədə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq"

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə "Report"a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir: "Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq. Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir".

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53