Azərbaycanın işğaldan azad edilmiş ərazilərində radiostansiyaların bərpası tam təmin olunub.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi"nin rəhbəri Əlibala Əliyev Bakı Dövlət Universitetində Azərbaycan radiosunun 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransda səsləndirib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə 13 stansiya artıq öz fəaliyyətini həyata keçirir:
"İnfrastruktur operatoru qismində teleradio ölkəmizdə radio və televiziya yayımının dayanıqlılığını, eləcə də fasiləsizliyini təmin etmək istiqamətində mühüm rol oynayır. Əminəm ki, müasir texnologiyaların tətbiqi sayəsində bu sahənin inkişafında yeni uğurlar qazanılacaq".