AYNA: 29 istiqamətdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanda 29 istiqamətdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Bakının 9, 41, 45, 93, 96 nömrəli şəhərdaxili, 213, 539, 557 nömrəli şəhərətrafı, həmçinin Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir, Bakı-Göyçay, Bakı-Horadiz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Quba, Bakı-Qusar, Sumqayıt-Quba, Gəncə-Şamaxı, Gəncə-Bərdə, Gəncə-Kəlbəcər, Mingəçevir-Gəncə, Şəki-Mingəçevir, Tərtər-Lənkəran, Bərdə-Şəki, Bərdə-Ağsu, Saatlı-Sumqayıt, Beyləqan-Sumqayıt və Zaqatala-Gəncə şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.

Sənədlər bu il dekabrın 10-u, saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: cahangirov@ayna.gov.az) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir, Bakı-Göyçay, Bakı-Horadiz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Quba və Bakı-Qusar istiqamətlərində 12 lot üzrə dekabrın 11-də;

Sumqayıt-Quba, Gəncə-Şamaxı, Gəncə-Bərdə, Gəncə-Kəlbəcər, Mingəçevir-Gəncə, Şəki-Mingəçevir, Tərtər-Lənkəran, Bərdə-Şəki, Bərdə-Ağsu, Saatlı-Sumqayıt, Beyləqan-Sumqayıt və Zaqatala-Gəncə istiqamətlərində 12 lot üzrə dekabrın 15-də; Bakının 539 nömrəli (Abşeron "DOST Mərkəzi" – "Binə" ticarət mərkəzi), 557 nömrəli (Müşfiqabad qəsəbəsi – "Sədərək" ticarət mərkəzi – "Abşeron" ticarət mərkəzi) şəhərətrafı və 9 nömrəli (Yasamal yaşayış kompleksi (MİDA) – metronun "Nəriman Nərimanov" stansiyası) şəhərdaxili marşrutları üzrə 3 lotda dekabrın 18-də; 41 nömrəli (metronun "Azadlıq prospekti" stansiyası – Binəqədi qəsəbəsi), 45 nömrəli (metronun "Azadlıq prospekti" stansiyası – M.Ə.Rəsulzadə qəsəbəsi), və 93 nömrəli (Sabunçu qəsəbəsi – metronun "Dərnəgül" stansiyası) şəhərdaxili marşrutları üzrə 3 lotda dekabrın 22-də; 96 nömrəli ("Avtovağzal" NMM – Xarici İşlər Nazirliyi) şəhərdaxili və 213 nömrəli (Əmircan qəsəbəsi – metronun "Qara Qarayev" stansiyası) şəhərətrafı marşrutları üzrə 2 lotda dekabrın 25-də baxılacaq.

Digər xəbərlər

ADY yükdaşımanı 13 % artırıb 11 noyabr, 2026 / 09:33