AZAL və törəmə şirkəti ötən 3 ayda 365 min sərnişin daşıyıb

Bu ilin yanvar-mart aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 365 min sərnişin daşıyıb.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, bunun 279 mini AZAL-ın özünün, 86 mini isə "Buta Airways"in payına düşüb.

Bunlar Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının müvafiq olaraq 40 %-ni və 12 %-ni təşkil edib.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53