AZAL reyslərini "Google"da təbliğ və təşviq edəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) reyslərinin "Google Ads" proqramında təbliği və təşviqi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini aprelin 28-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Sorğunun nəticəsi aprelin 29-da, saat 12:30-da portalda açıqlanacaq.

Xəbər lenti