AZAL qadınları təbrik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sərnişinləri üçün xüsusi bayram ab-havası hazırlayıb.

"Report" AZAL-a istinadən xəbər verir ki, bu gün Azərbaycan aviaşirkətinin reyslərində səyahət edən qadınların hər biri təyyarə göyərtəsində çiçəklə, eləcə də pilotların səmimi arzuları ilə təbrik edilib.

Bayram əhval-ruhiyyəsi yalnız göydə yaradılmayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda güllərlə bəzədilmiş qeydiyyat masaları da sərnişinlər üçün xüsusi bayram ab-havası yaradıb.

AZAL bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və "Azərbaycan Hava Yolları" ilə xoş səyahətlər arzulayır.

Digər xəbərlər

ADY yay qrafikinə keçir 29 iyun, 2026 / 17:06