Bakı. 6 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) pilotu Qennadiy İsmayıloviç Bodrum-Bakı istiqaməti üzrə yekun reysini yerinə yetirib.
“Report” xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, ənənəyə uyğun olaraq, pilotun həmkarları onu hava limanında təntənəli surətdə qarşılayıblar.