“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” MMC-nin nümayəndələri oktyabrın 25-26-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək “Breakbulk Caspian-2019” beynəlxalq konfransında iştirak edəcəklər.
“Report” xəbər verir ki, bu barədə “ADY Express” məlumat yayıb.
“Maraqlı tərəfləri, konfrans çərçivəsində keçiriləcək, ikitərəfli görüşlərə dəvət edirik”, - deyə açıqlamada qeyd olunub.