Rəşad Nəbiyev ABŞ səfiri ilə kibertəhlükəsizliyi müzakirə edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə nazir “Tvitter” hesabında yazıb.

“Əqli mülkiyyət hüquqlarına, kibertəhlükəsizliyə, innovasiyalara dair fikir mübadiləsi apardıq” deyə, o qeyd edib.

Xəbər lenti