Bu ilin oktyabr ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 63,01 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 7,23 faiz bəndi az, 2025-ci ilin oktyabr ayının göstərici ilə müqayisədə isə 23,24 faiz bəndi çoxdur.
Onun bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (avqust-oktyabr aylarında ümumi azalma 19,4 % təşkil edib).
İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 3,77 faiz bəndi artaraq, illik isə 13,24 faiz bəndi azalaraq 16,32 % təşkil edib.
Üçüncü pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq 1,56 faiz bəndi artaraq, illik isə 6,94 faiz bəndi azalaraq 7,41 % təşkil edib.
Növbəti pillədəki adları açıqlanmayan brendlərin bazar payı aylıq 2,11 faiz bəndi artaraq, illik isə 2,45 faiz bəndi azalaraq 3,84 % olub.