Rəşad Nəbiyevin Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin mayın 23-də, saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər