Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 1-də saat 10:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 37) Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayon sakinlərini qəbul edəcək.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün 30 iyun 2022-ci il tarixinə qədər nazirliyin Çağrı Mərkəzi (1655), elektron poçtu (mincom@mincom.gov.az) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.