Özbəkistanın ən böyük elektronika istehsalçısı Azərbaycana ixracını 2 dəfə artırıb

Mərkəzi Asiyanın ən böyük məişət texnikası və elektronika istehsalçısı, Özbəkistanın “Artel Electronics” şirkəti Qazaxıstan, Azərbaycan və Tacikistan kimi qonşu ölkələrə ixracını aqressiv şəkildə artırıb və növbəti illərdə bu artım tendensiyasını daha da gücləndirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu “Artel Electronics” şirkətinin baş maliyyə direktoru Bektemir Murodov deyib.

O bildirib ki, Özbəkistanda istehsal olunan malların artan cəlbediciliyinin əsas səbəbi, bunları beynəlxalq miqyasda münasib vəziyyətə gətirən işçi qüvvəsi və güclü lokalizasiyadır.

Özbəkistan məhsullarının çoxdan bu mövqedə olmalı olduğunu deyən Böyük Britaniyanın “Deloitte” auditor şirkətinin Moskva filialının idarəedici direktoru Rüstəm Muxametşin bildirib ki: “Bazarda çox aşağı iş gücü xərci və yaxşı istehsal standartları var və nəhayət aparılan islahatlar hesabına ticarətin önündəki bu manelər aradan qaldırılıb. Bundan başqa, Özbəkistan istehsalında yüksək lokalizasiya təchizat zənciri böhran zamanı çox sərfəli olub”.

Qeyd edək ki, ötən il “Artel Electronics” şirkətinin Azərbaycana ixracı, islahatların başladığı 2017-ci illə müqayisədə 7,8 milyon ABŞ dolları və ya 2,1 dəfə artaraq 14,6 milyon ABŞ dollara, Qazaxıstana ixrac 24,7 milyon ABŞ dolları və ya 2,9 dəfə artaraq 37,5 milyon ABŞ dollara, Tacikistana ixrac isə 12 milyon ABŞ dolları və ya 3,1 dəfə artaraq 17,6 milyon ABŞ dollara yüksəlib.

Ümumilikdə isə “Artel” məişət texnikasının xaricə satışları 2017-ci illə müqayisədə ötən il 60,2 % və ya 2,7 dəfə artaraq 95 milyon ABŞ dollara çatıb.

Digər xəbərlər