Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin dəyəri 1 milyard 040,2 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 83,4 %-i qeyri-dövlət sektorunun payına düşüb, 75,8 %-i isə əhali sektoruna aid olub.
Təkcə apreldə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri isə 273 milyon manat olub ki, bu da əvvəlki aya nisbətən 4,6 %, ötən ilin eyni dövrünün göstəcisindən 19,7 % çoxdur.