Bu ilin yanvar-may aylarında Azərbaycanda 883 ədəd noutbuk istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Hesabat dövründə ölkədə 658 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da bir il əvvəlki göstəricidən 77,6 % azdır.
Təkcə mayda 52 ədəd noutbuk və 31 ədəd stolüstü kompüter istehsal edilib. Bu, aprel ayının göstəricilərindən müvafiq olaraq 73 % çoxdur və 82 % azdır.