Ötən ay Azərbaycanda kompüter istehsalı 5 dəfədən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 831 ədəd noutbuk istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

Hesabat dövründə ölkədə 627 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da bir il əvvəlki göstəricidən 77 % azdır.

Təkcə apreldə 30 ədəd noutbuk və 169 ədəd stolüstü kompüter istehsal edilib. Bu, mart ayının göstəricilərindən müvafiq olaraq 76 % və 5,3 dəfə çoxdur.

Digər xəbərlər