“NEQSOL Holding” şirkətlər qrupunun Ukrayna ofisinə yeni ölkə meneceri təyin edilib.
“Report” xəbər verir ki, bu, “NEQSOL Holding”in telekommunikasiya şirkəti olan “Vodafone Ukraine”ın İdarə Heyətinin üzvü Volodimir Lavrençukdur.
Qeyd edək ki, “NEQSOL Holding” şirkətlər qrupu müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərərək 25 ildən çox təcrübəyə malikdir. Şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ, Ukrayna və digər ölkələrdə fəaliyyət göstərir.
Hazırda “NEQSOL Holding”in tərkibinə Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services və Nobel Upstream şirkətləri daxildir. Müxtəlif neft-qaz yataqlarında paya malik və Londonda yerləşən Nobel Upstream şirkəti Böyük Britaniya, ABŞ və Azərbaycanda fəaliyyət göstərir. Nobel Oil Services şirkətinin törəmə müəssisələri Azərbaycan, Türkiyə və Qazaxıstan fəaliyyət göstərir. Qrup "KCA Deutag", "Wood" və digər beynəlxalq şirkətlərlə birgə müəssisələr yaradıb.
2000-ci illərin əvvəllərində “NEQSOL Holding” telekommunikasiya sahəsinə daxil olub. Qrup mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir, eləcə də Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunun yaradılması layihələrinə sərmayə yatırır.
2010-cu illərin əvvəllərində qrup tikinti sahəsinə daxil olub. "Norm" şirkəti Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır. Qrup yüksək texnologiyalar sahəsində startap layihələrə və şirkətlərə sərmayə yatırır.
Qeyd edək ki, “NEQSOL Holding” Azərbaycanın ilk mobil operatoru "Bakcell"in təsisçisidir. "Bakcell" 1996-cı ildə yaradılıb, onun nizamnamə kapitalı 9,908 milyon manatdır.
“Neqsol Holding”in Ukrayna ofisinə yeni menecer təyin olunub
Digər xəbərlər
Estoniyanın İT şirkətlərinin Azərbaycana cəlb edilməsi müzakirə olunub
05 noyabr, 2026 / 16:25
Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib
05 noyabr, 2026 / 15:36
Prezident Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələrini təsdiqləyib
05 noyabr, 2026 / 15:22
BMT sammitinin iştirakçıları Bakıda dövlət idarəçiliyi sahəsində innovasiyaları müzakirə ediblər
05 noyabr, 2026 / 13:15
MKA: Android TV box cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 noyabr, 2026 / 10:46
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
05 noyabr, 2026 / 10:09
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
05 noyabr, 2026 / 09:10
Estoniya və Azərbaycan texnologiya şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
04 noyabr, 2026 / 18:45
Azərbaycan Estoniya ilə süni intellekt əməkdaşlığının genişləndirilməsini müzakirə edib
04 noyabr, 2026 / 17:27
ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
04 noyabr, 2026 / 17:13
Azərbaycan Qırğızıstanla fərdi məlumatların mühafizəsi üzrə əməkdaşlığı genişləndirir
04 noyabr, 2026 / 13:18
İnmerge Ventures nizamnamə kapitalını 2 dəfə artırır
03 noyabr, 2026 / 17:28
Azercellin Oflayn Qadınlar layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
03 noyabr, 2026 / 15:50
MKA WhatsAppda yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib
03 noyabr, 2026 / 14:21
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu
02 noyabr, 2026 / 19:36
Azərbaycanda kompüterlərin bazar payı oktyabrda 35 % azalıb
02 noyabr, 2026 / 16:35
Facebookun Azərbaycandakı bazar payı oktyabrda 28 % azalıb
02 noyabr, 2026 / 15:55
Anuar Nuraxmetov: Azərbaycan regional kibertəhlükəsizlik mərkəzinə çevrilə bilər - Müsahibə
02 noyabr, 2026 / 14:03