Naxçıvanda mobil rabitə gəlirləri 1 % artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR-də göstərilmiş informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 10,55 milyon manat təşkil edib.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % çoxdur.

O cümlədən, 2 ayda muxtar respublikada göstərilmiş mobil rabitə xidmətlərinin ümumi dəyəri 7,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,4 % çoxdur.

Digər xəbərlər