“Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün “Günün Qəhrəmanları” müsabiqəsinə start verir. Müsabiqə pandemiya ilə mübarizə dövründə gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır.
Müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisləri, marketlərdə çalışan əməkdaşları, çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları, ümumilikdə pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.
Müsabiqənin şərtləri:
1) Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır;
2) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır;
3) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər;
4) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər;
5) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10 000 olmalıdır;
6) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər media@azerfon.az elektron ünvanına göndərməlidirlər;
7) Sosial media istifadəçiləri də eynilə, hekayələrini media@azerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB);
Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10 avqustdur. Əlavə suallar yarandığı təqdirdə, media@azerfon.az elektron ünvanına yaza bilərsiniz.
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Digər xəbərlər
MKA: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur
06 noyabr, 2026 / 17:10
AzInTelecom əməkdaşları Ağdamda 300 ağac əkiblər
06 noyabr, 2026 / 15:42
Estoniyanın İT şirkətlərinin Azərbaycana cəlb edilməsi müzakirə olunub
05 noyabr, 2026 / 16:25
Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları müzakirə edilib
05 noyabr, 2026 / 15:36
Prezident Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələrini təsdiqləyib
05 noyabr, 2026 / 15:22
BMT sammitinin iştirakçıları Bakıda dövlət idarəçiliyi sahəsində innovasiyaları müzakirə ediblər
05 noyabr, 2026 / 13:15
MKA: Android TV box cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 noyabr, 2026 / 10:46
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
05 noyabr, 2026 / 10:09
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
05 noyabr, 2026 / 09:10
Estoniya və Azərbaycan texnologiya şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
04 noyabr, 2026 / 18:45
Azərbaycan Estoniya ilə süni intellekt əməkdaşlığının genişləndirilməsini müzakirə edib
04 noyabr, 2026 / 17:27
ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
04 noyabr, 2026 / 17:13
Azərbaycan Qırğızıstanla fərdi məlumatların mühafizəsi üzrə əməkdaşlığı genişləndirir
04 noyabr, 2026 / 13:18
İnmerge Ventures nizamnamə kapitalını 2 dəfə artırır
03 noyabr, 2026 / 17:28
Azercellin Oflayn Qadınlar layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
03 noyabr, 2026 / 15:50
MKA WhatsAppda yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib
03 noyabr, 2026 / 14:21
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu
02 noyabr, 2026 / 19:36
Azərbaycanda kompüterlərin bazar payı oktyabrda 35 % azalıb
02 noyabr, 2026 / 16:35