Bu ilin aprel ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 24,23 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, mart ayına nisbətən 15,06 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 8,25 faiz bəndi azdır. Beləliklə də “Instagram”ın bazar payı ötən ay 38,3 % azalıb.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 22,91 faiz bəndi, il ərzində isə 23,85 faiz bəndi artaraq 45 %-ə çatıb.
Növbəti yerdəki “Pinterest”in bazar payı aylıq 4,6 faiz bəndi, illik müqayisədə isə 10,89 faiz bəndi azalaraq 10,07 %-ə düşüb.
Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 4,71 faiz bəndi, illik isə 2,78 faiz bəndi azalaraq 9,82 % təşkil edib.
İlk beşliyi 6,74 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,83 faiz bəndi artıb, illik müqayisədə isə 1,55 faiz bəndi azalıb.