Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 508,2 milyon manatlıq xidmət göstərib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 75,7 %-i əhali sektoruna aid olub.
7 ay ərzində göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6 % artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5 %-i qeyri-dövlət sektorunun payına düşüb.