Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 720 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda bu göstərici 1 347 manat, özəl sektorda isə 2 009 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar ayında İKT sektorunda orta aylıq nominal əməkhaqqı 19,4 %, o cümlədən dövlət sektorunda 17,8 %, özəl sektorunda isə 19,8 % artıb.
Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı fevralın 1-nə 32,2 min nəfər olub ki, bunun da 18,1 min nəfəri özəl sektorun payına düşüb.