Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 727 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda bu göstərici 1 465 manat, özəl sektorda isə 1 921 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 14 %, o cümlədən dövlət sektorunda 15,4 %, özəl sektorunda isə 11,8 % artıb.
Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı mayın 1-nə 33,8 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 5,6 % çoxdur.