İKT sektorunda muzdla çalışan işçilərin sayı 6 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 754 manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda bu göstərici 1 443 manat, özəl sektorda isə 1 985 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 14,1 %, o cümlədən dövlət sektorunda 16 %, özəl sektorunda isə 12 % artıb.

Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı aprelin 1-nə 33,8 min nəfər olub ki, bu da bir il əvəlki göstəridən 6 % çoxdur.

Digər xəbərlər