BTRİB: Bakıda internet rabitəsi ilə bağlı problemlərin həlli üçün əsaslı təmir işləri aparılır

Bakı. 10 mart. REPORT.AZ/ Bakı şəhərinin ərazisində ötən ilin əvvəlindən abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması məqsədilə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır. 

"Report" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İB-nin (BTRİB) nümayəndəsi bildirib. 

Belə ki, artıq 10 minə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib BTRİB-nin xidmət ərazisində 20 788 ədəd analoji kabel-kanal quyusu var.

BTRİB-dən bildirilib ki, sistemin uzun illər normativə uyğun düzgün istifadə edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdir: "Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir".

BTRİB-dən əlavə edilib ki, qurumun daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismarı müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyədavamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.

Xəbər lenti

Bakıda mənzildən meyit tapılıb 20 avqust, 2025 / 17:09