Rosen Plevneliyev: Süni intellektin hüquqi tənzimlənməsi üçün vahid prinsiplər yaratmaq lazımdır

Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev dünya birliyini süni intellektin inkişafının tənzimlənməsi normalarının formalaşdırılması üzərində daha fəal işləməyə çağırıb.

“Report” xəbər verir ki, o, bunu XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.

Bolqarıstanın keçmiş dövlət başçısı çıxışında süni intellekt texnologiyalarının artıq bir çox sahələrdə öz effektivliyini sübut etdiyini vurğulayıb.

"Süni intellektdən istifadə edən hər kəs onun nəticə etibarilə yüksək səmərəliliyini qeyd edir. Lakin onun qaydalar və hüquqi normalar olmadan inkişafına icazə vermək olarmı? Mənim cavabım - yox. Mən məhz buna görə bu məsələ ilə bu qədər maraqlanıram və dünya liderlərini texnologiyaların inkişafına kömək etməklə yanaşı, həm də bütün bəşəriyyətə fayda gətirəcək prinsiplərin yaradılması üçün birləşməyə çağırıram", - R.Plevneliyev vurğulayıb.

Digər xəbərlər