Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin dəyəri 2 milyard 555,2 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 84,3 %-i qeyri-dövlət sektorunun payına düşüb, 73,4 %-i isə əhali sektoruna aid olub.
Təkcə sentyabr ayında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 318 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 12,8 % çoxdur.