Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 711 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda bu göstərici 1 484 manat, özəl sektorda isə 1 876 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 13,5 %, o cümlədən dövlət sektorunda 16,2 %, özəl sektorunda isə 11,4 % artıb.
Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı iyulun 1-nə 34 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 4,3 % çoxdur.