Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 688 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda bu göstərici 1 484 manat, özəl sektorda isə 1 837 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 11,7 %, o cümlədən dövlət sektorunda 15,6 %, özəl sektorunda isə 9 % artıb.
Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı sentyabrın 1-nə 33,8 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 4,3 % çoxdur.