Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 661 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 469 manat, özəl sektorda isə 1 799 manat olub.
2023-cü ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 11,3 %, o cümlədən dövlət sektorunda 14,6 %, özəl sektorunda isə 8,7 % artıb.
Dekabrın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,3 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3,6 % çoxdur.