Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 664 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 465 manat, özəl sektorda isə 1 806 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 11,4 %, o cümlədən dövlət sektorunda 14,5 %, özəl sektorunda isə 9 % artıb.
Noyabrın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 4 % çoxdur.