Bu ilin I yarısında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 123,7 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 % çoxdur.
Təkcə iyunda isə bu sektorda 219,7 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 15,3 % çoxdur.
Yanvar-iyun aylarında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,8 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 62 milyard 78,2 milyon manatlıq və yaxud illik müqayisədə 1,5 % çox ÜDM istehsal olunub.