Bu ilin ilk 7 ayında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 329 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 % çoxdur.
Təkcə iyulda isə bu sektorda 205,1 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % çoxdur.
Yanvar-iyul aylarında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,8 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 72 milyard 430 milyon manatlıq və yaxud illik müqayisədə 0,9 % çox ÜDM istehsal olunub.