Azərbaycanın İKT sektorunda göstərilən xidmətlərin dəyəri ötən il 11 %-dən çox artıb

2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin dəyəri 3 milyard 601,7 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 11,4 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 84,3 %-i qeyri-dövlət sektorunun payına düşüb, 71,2 %-i isə əhali sektoruna aid olub.

Təkcə dekabr ayında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 413 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,4 % çoxdur.

Digər xəbərlər