Azərbaycanın İKT sektorunda göstərilən xidmətlərin dəyəri 8 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin dəyəri 1 milyard 939,3 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,6 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 84 %-i qeyri-dövlət sektorunun payına düşüb, 74 %-i isə əhali sektoruna aid olub.

Təkcə iyulda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 321 milyon manat olub ki, bu da əvvəlki aya nisbətən 7,7 %, 2023-cü ilin eyni dövrünün göstəcisindən 12,4 % çoxdur.

Digər xəbərlər