Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin dəyəri 3 milyard 188,7 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 84,3 %-i qeyri-dövlət sektorunun payına düşüb, 71,9 %-i isə əhali sektoruna aid olub.
Təkcə noyabr ayında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 325 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 16 % çoxdur.