Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin dəyəri 1 milyard 618,6 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,2 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 83,7 %-i qeyri-dövlət sektorunun payına düşüb, 74,5 %-i isə əhali sektoruna aid olub.
Təkcə iyunda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 298 milyon manat olub ki, bu da əvvəlki aya nisbətən 6,3 %, 2023-cü ilin eyni dövrünün göstəcisindən 14,2 % çoxdur.