Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 168,7 milyon manatlıq xidmət göstərib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 % çoxdur.
Bu xidmətlərin 76,7 %-i əhali sektoruna aid olub.
5 ayda xidmətlərdən əldə edilən gəlirin 83 %-i və yaxud 970 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.